Bakının iki rayonunda qaz olmayacaq

28 Dekabr 2025 23:09

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Səbail və Yasamal rayonlarında yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 29.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.", - məlumatda qeyd olunub.

Milli.Az