Sürücülərin nəzərinə!

28 Dekabr 2025 15:17

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Milli.Az