Reklam təyyarəsi okeana düşdü: Pilot ÖLDÜ - FOTO

28 Dekabr 2025 15:01

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyi yaxınlığında "Cessna 170A" markalı reklam təyyarəsi Atlantik okeanının sularında qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hava gəmisi qəzaya uğramazdan əvvəl aydın şəkildə partlayış səsi eşidilib.

Hadisə yerinə dərhal Rio-de-Janeyro yanğından mühafizə xidmətinin xilasetmə qrupları gəlib. Xilasetmə əməliyyatına hidrosikllər, rezin qayıqlar, peşəkar dalğıclar və aviasiya dəstəyi cəlb olunub.

Milli.Az