Dünya şöhrətli fransız aktrisa Bricit Bordo 91 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə AFP aktirasının adını daşıyan fonda istinadən məlumat yayıb.
Qeyd edək ki, ajtrisa 28 sentyabr 1934-cü ildə Parisdə anadan olub. Gənc yaşlarında balet və modellə maraqlansa da, tezliklə kinoya yönəlib.
1950-ci illərdə Fransız kinosunun və Avropa mədəniyyətinin simvoluna çevrilib.
"Və Allah qadını yaratdı" filmi onu dünya şöhrətli edib. Bordo təkcə aktrisa deyil, həm də azad qadın obrazının rəmzi kimi qəbul olunub.
Şöhrətə baxmayaraq, şəxsi həyatı daim mübahisə və diqqət mərkəzində olub.
1973-cü ildə kinonu tamamilə tərk edib. Bundan sonra bütün həyatını heyvan haqlarının müdafiəsinə həsr edib. Bu məqsədlə Bricit Bordo Fondunu yaradıb və fəal şəkildə fəaliyyət göstərib. /APA
Milli.Az