"Mançester Siti"nin norveçlisi ayrılmaq istəyir

28 Dekabr 2025 15:18

Norveç millisinin futbolçusu Oskar Bobb İngiltərənin "Mançester Siti" klubundan ayrılmağı düşünür.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin az forma şansı əldə etməsi səbəb olub.

"Şəhərlilər" "Bornmut"un vingeri Antuan Semenyonu transfer etsə, Oskar Bobb başqa komandaya keçməyi tələb edəcək.

Almaniyanın "Borussiya" (Dortmund) klubu oyunçu ilə maraqlanır.

Qeyd edək ki, norveçli futbolçunun Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. /"Report"

Milli.Az