"Hər il 60 minə yaxın insan ölür"

28 Dekabr 2025 10:49

"İranda hava çirkliliyi səbəbindən hər il 58 000 insan ölür".

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müşaviri Xosrov Sadeqniyyət deyib.

Qeyd olunur ki, havanın çirklənməsi müxtəlif növ xərçəng, ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri və digər ciddi problemlərə səbəb ola bilər.

Araşdırmalar göstərir ki, havanın çirklənməsində ən çox köhnəlmiş motosikletlər və digər nəqliyyat vasitələri rol oynayır.

Milli.Az