Qara görə maşınlar yolda qaldı - FOTO

28 Dekabr 2025 09:06

Gəncənin Hacıkənd qəsəbəsinə yağan qar bir sıra problemlər yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hazırda Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb.

Nəticədə avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb, nəqliyyat vasitələri yolda qalıb.

Qar yağışı davam edir.

Milli.Az