Bakıda qəribə ELAN: "Pulu gətirmək adı ilə düşüb sizə pulu "atacaq" - VİDEO

31 Dekabr 2025 15:29

Bakının məhəllələrindən birində asılan qəribə və sərt üslublu elan sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş müzakirələr yaradıb. 

Milli.Az xəbər verir ki, elan əsasən taksi sürücülərinə xəbərdarlıq məqsədi daşıyır.

Məhəllə sakinləri tərəfindən asıldığı bildirilən elanda belə ifadələr yer alıb:

"Pulu gətirmək adı ilə düşən şərəfsiz sizə pulu 'atacaq'. Məhəllənin 2 çıxışı var".

Sakinlərin sözlərinə görə, son vaxtlar bəzi şəxslər taksi çağıraraq sürücünü çaşdırmaq yolu ilə problemlər yaradır. Elan da məhz bu cür halların qarşısını almaq üçün asılıb.

Məsələ ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri elanın kobud və təhqiramiz üslubunu tənqid etsə də, digərləri bunu taksi sürücülərini mümkün risklərdən qorumaq cəhdi kimi qiymətləndirir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra elan qısa zamanda gündəm olub.

Musa
Milli.Az