“Çelsi” öz meydanında “Aston Villa”ya məğlub oldu

27 Dekabr 2025 23:58

İngiltərə Premyer Liqasının növbəti turunda "Aston Villa" səfərdə "Çelsi"ni məğlub edib.

Milli.Az xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahibləri açıblar. Joao Pedro 37-ci dəqiqədə fərqlənərək "Çelsi"ni önə çıxarıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan "Aston Villa" geridönüşə imza atıb. Komandanın kapitanı Olli Uotkins 63-cü və 84-cü dəqiqələrdə vurduğu qollarla görüşün taleyini həll edib.

Bu qələbə ilə "Aston Villa" Premyer Liqada vacib 3 xal qazanıb, "Çelsi" isə doğma meydanda növbəti xal itkisi ilə üzləşib.

Milli.Az