Göygölə güclü qar yağıb - FOTO

27 Dekabr 2025 22:25

Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.

Milli.Az-ın məlumatına görə, güclü qar səbəbindən Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb.

Qeyd edək ki, hazırda Daşkəsən, Gədəbəy və Qərb bölgəsinin ucqar rayonlarında güclü qar yağır. (APA)

Milli.Az