İstanbulda ağır qəza - 4 ölü, 7 yaralı var

27 Dekabr 2025 21:00

İstanbulun Esenyurt rayonunda qadın işçiləri daşıyan xidməti avtobus yağışlı hava səbəbindən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə yerinə çox sayda yanğınsöndürən və polis briqadası cəlb olunub. Qəza nəticəsində 4 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 7 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, qəzada 4 nəfər hadisə yerində dünyasını dəyişib. Yaralanan 7 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma davam edir.

Lalə Qüdrətova
Milli.Az