Həyat yoldaşım öz tələbəm olub.
Milli.Az xəbər verir ki, bunu Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" layihəsində qonaq olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
"Sank-Peterburq Dövlət Universitetini bitirdikdən sonra Dillər Universitetində müəllim kimi işləməyə başladım. Mühazirə vaxtı baxdım ki, gözəl bir xanım əyləşib. Ailə qurduq və indiyə kimi xoşbəxt yaşayırıq. Həyatda ən böyük dayağım mənim ailəmdir." deyə sözlərinə əlavə edib.
Qeyd edək ki, Səməd Seyidovun bir qız, bir oğul övladı, nəvələri var.
Lalə Qüdrətova
Milli.Az