"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, müğənni həyat yoldaşının ad günü olduğunu bildirib. Birlikdə olan fotolarını paylaşan Safurə bunları yazıb:
"Gücüm, sakitliyim və əbədiliyim, ad günün mübarək. Səni sevirik!".
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar.
Milli.Az