Qadın işlədiyi gözəllik salonunda öldü

27 Dekabr 2025 17:30

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az