Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı

27 Dekabr 2025 16:23

Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti ağır-stabil olaraq qalır.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Milli.Az