Aparıcı Lətafət Ələkbərova keçmiş həyat yoldaşı Nicat Cəfərzadənin onunla bağlı dediyi "13 il qızımı görməyə icazə vermədi" sözlərinə etiraz edib.
Milli.Az xəbər verir ki, "Elgizlə izlə" verilişinə gələn Lətafət Nicatın yalan danışdığını iddia edib:
"Demişəm ki, belə vəziyyətdə uşaqla görüşmə. Demişəm, qarışıq həyatın var, uşağı götürüb aparma. Ondan sonra 13 il uşağı görməyib. Aliment də istəməmişəm. Məhkəmənin qərarı ilə verilən alimentlə uşaq böyümür. Ciddi qərarlar qoymamışam. Ona hüquqi yolla qadağa qoymamışam. Əgər istəyirdisə, qanunla gəlib uşağını görərdi. Problem özündə olub. Başı şəxsi həyatına qarışıb".
Aparıcı Elgiz Əkbərin "Düzgün etmirsən. Sən deyirsən onunla yaşamaq istəmirəm. Amma uşağı ondan almaq niyə? Deyir ki, yemək bişirmir, evə baxmırmışsan" sözlərinə aparıcı "Həyatda ən nifrət etdiyim səliqəsiz evdir. Bu, mümkünsüzdür. Tam tərsinə, hər şey edirdim. Etiraf edim ki, sonra ayrılığa peşam oldum. Qarşılıqlı sevgi ilə ailə qurmuşduq. Sevgi sonra nifrətə çevrilir" cavabını verib.
Milli.Az