Tatlısəs 22 il sonra onunla barışdı - FOTO

27 Dekabr 2025 14:00

Uzun illər münasibətləri ilə diqqət mərkəzində olan İbrahim Tatlıses və rəqqasə Asena Yeni il gecəsi çəkilişləri üçün eyni layihədə bir araya gəlib.

Milli.Az xəbər verir ki, bu görüş pərdəarxası şayiələrə səbəb olaraq cütlüyün 22 illik sükutdan sonra barışdığı iddialarını gündəmə gətirib

Dörd illik keçmiş münasibətləri xatırladan bu görüş pərəstişkarlar arasında "Keçmiş tamamilə bağlanıbmı?" sualını ortaya çıxarıb. 

Xatırladaq ki, Asena ilə müğənni İbrahim Tatlısəs 1990-cı illərdə gizli münasibətləri ilə gündəmdə idilər.Lakin Tatlısəs o dövrdə Derya Tuna ilə münasibətdə olub. Asena da bu münasibəti uzun müddət inkar etsə də , bir  müddət sonra cütlük münasibətlərini hamıya açıqlayıb.  Tatlısəsin qısqanclığı səbəbindən səhnəni tərk etmək məcburiyyətində qaldığını bildirən Asena, "O, məni sevirdi , amma bunu sahiblənmə ilə səhv saldı" sözlərini demişdi. 

Milli.Az