Bazarlarda “hinduşka”nın qiyməti neçəyədir?

29 Dekabr 2025 00:32

Bayram yaxınladıqca, xüsusilə də Yenı il ərəfəsində hind quşu ətinə təlabat artır. Amma əvvəlki illərlə müqayisədə bölgələrdə bu ətin alıcısında azalma var.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Tovuzda hind quşunun diri halda satış qiyməti çəkisinə uyğun hesablanır. Cinsindən asılı olaraq kiloqramı 18-20 manat arasında dəyişir. Satıcılar bayrama görə qiymətdə artım olduğunu etiraf etsələr də, alıcı azlığından gileylənirlər.

Alıcılar da qiymətlərin yüksək olmasından olmasından narazıdırlar.

Ümumilikdə isə bayramqabağı hind quşlarının kilorqamında 5-10 manat qiymət artımı müşahidə olunur. Bayrama saylı günlər qalmasına baxmayaraq qiymətlərin dəyişəcəyi də istisna edilmir.

Ucarda isə satıcılar qeyd edirlər ki, tələbat orta səviyyədədir və bazarda ciddi durğunluq yoxdur. Burada isə qiymətlərin dəyişmədiyini deyənlər də oldu, cüzi artdığını bildirənlər də...

Qiymətlərin bayramdan sonra yenidən əvvəlki vəziyyətə qayıdacağı ehtimal edilir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az