Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq

27 Dekabr 2025 14:50

Türkiyə Ermənistanla sərhədini 1 yanvar 2026-cı ildən üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qismən açmağa hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan nəşri "Hraparak" xəbər verib.

Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç amerikalıların təzyiqi altında Yerevana sərhədin qismən açılması planlarını özündə ehtiva edən təklif və niyyət paketini təqdim edib. Lakin qəzet qeyd edir ki, sərhəd hələlik yüklər üçün açılmayacaq. Bunun əvəzinə Türkiyə, malların Gürcüstan ərazisi vasitəsilə Ermənistana tranzit edilməsini təklif edib.

Ankara həmçinin diplomatik münasibətləri normallaşdıracaq protokol hazırlayıb, lakin Ermənistan Baş naziri Nikol Paşinyanın sənədi imzalamaq üçün Türkiyəyə getməsi tələb olunur. Adətən bu tip sənədlər xarici işlər nazirləri səviyyəsində imzalanır.

Fidan
Milli.Az