Siqaret və arağa tələbat düşüb, makaron və şəkərə isə maraq artıb

27 Dekabr 2025 11:33

Ötən illə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 13,2 faiz, içki istehsalında isə 1,6 faiz azalma qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərində yer alıb.

Bildirilib ki, hesabat dövründə qida məhsullarının istehsalında 9,8 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,5 dəfə, şəkər, qənd istehsalı 24,4 faiz artmış, meyvə-tərəvəz konservləri 1,8 faiz, araq istehsalı isə 5,1 faiz azalıb.

Asya
Milli.Az