Bir şarjla daha uzun yol: Çin elektromobillər üçün qaydaları dəyişir

27 Dekabr 2025 15:00

Çin tam elektrikli minik avtomobilləri üçün enerji sərfiyyatını tənzimləyən ilk məcburi milli standartı tətbiq etməyə hazırlaşır. Yeni qaydalar 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək və indiyədək mövcud olan tövsiyə xarakterli normaları əvəz edəcək.

Milli.Az xəbər verir ki, yeni standart əvvəlki tələblərlə müqayisədə təxminən 11% daha sərtdir. Boş kütləsi 2 ton olan elektromobillər üçün enerji sərfiyyatı 100 km-ə maksimum 15,1 kVt·saat müəyyən edilir.

Bu səbəbdən istehsalçılar avtomobilləri texniki baxımdan yeniləməli olacaqlar. Rəsmilərə görə, nəticədə eyni batareya tutumu ilə elektromobillərin yürüş məsafəsi orta hesabla 7% artacaq.

Asya
Milli.Az