Milli İncəsənət Muzeyində maskalı bal keçirilib - FOTO

26 Dekabr 2025 17:14

Azərbaycan Milli İncəsənət Muzeyi və Uşaqların Sağlam Gələcəyi (USG) Erkən Müdaxilə Mərkəzinin birgə təşkilatçılığı ilə muzeydə maskalı bal keçirilib.

İnkluziv xarakter daşıyan tədbir  çərçivəsində 18-22 yaş arası gənclər öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Gənclər klassik rəqs nümunələri ilə çıxış edib, müxtəlif musiqi alətlərində bir-birindən maraqlı ifalar təqdim ediblər. Gənclərin rəngarəng çıxışları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az