Suriyada məsciddə partlayış - ölənlər və yaralananlar var

26 Dekabr 2025 15:01

Suriyanın Homs vilayətində yerləşən məscidlərdən birində partlayış qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, hadisə ilə bağlı məlumat yerli Suriya KİV-ləri tərəfindən yayılıb.

İlkin xəbərlərə əsasən, baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Kənan
Milli.Az