Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu

26 Dekabr 2025 12:32

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyindən vəfat edən qızı Nərmin Əsədovanın dəfn yeri məlum olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, mərhum bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

N.Əsədovanın 3 mərasimi Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, N.Əsədova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Onun 5 övladı var.

Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. 

Milli.Az