"Sülh sazişi üzrə sənədlər artıq hazırdır"

26 Dekabr 2025 11:12

"Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır".

Milli.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri - Stiv Uitkoff və Cared Kuşner ilə birsaatlıq telefon danışığı aparıb:

"Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar var, yaxşı ideyalar mövcuddur və biz onları müzakirə etdik. Real sülhü yaxınlaşdırmaq üçün bəzi yeni ideyalarımız var və bu, formatlara, görüşlərə və əlbəttə ki, vaxt məsələlərinə aiddir".

Milli.Az