Məşhur "Yaprak Dökümü" serialında "Hayriye" obrazı ilə tanınan aktrisa Güven Hoknanın sosial şəbəkədə paylaşdığı foto müzakirələrə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 79 yaşlı aktrisanın fotoya tətbiq etdiyi effekt izləyicilərin diqqətini cəlb edib.
Paylaşımda Hoknanın üz cizgilərinin demək olar ki, tamamilə hamar göründüyü müşahidə olunub.
Bu isə sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara yol açıb.
İzləyicilərin əksəriyyəti şərhlərində fotoda istifadə olunan filtrin bir qədər şişirdildiyini qeyd ediblər.
Hüseyn
Milli.Az