Suriyada yeni valyuta tədavülə buraxılacaq

25 Dekabr 2025 23:31

Suriya Mərkəzi Bankı yeni milli valyutanı tədavülə buraxmağı planlaşdırır.

Milli.Az xəbər verir ki, yeni valyuta mövcud Suriya lirəsinin əvəzinə veriləcək və ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcı olacaq.

Bank bildirib ki, 1 yanvar 2026‑cı ildən etibarən köhnə kağız pullar yeni valyutaya dəyişdirilməyə başlanacaq. Bu addım Suriya lirəsinin uzunmüddətli dəyər itirməsinin qarşısını almaq, iqtisadi stabilliyi təmin etmək və ictimai inamı bərpa etmək məqsədilə atılıb.

Mərkəzi Bank yaxın günlərdə valyuta mübadiləsinin mərhələləri və mexanizmi ilə bağlı əlavə açıqlama verəcəyini bildirib.

İsmayıl
Milli.Az