Müəllimlər "AzParking"dən narazıdır - Dərsdə oturduğumuz yerdə cərimələr gəlir

25 Dekabr 2025 23:00

Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksinin müəllimləri təhsil ocağının qarşısında yaradılan "AzParking" zonasından narazılıqlarını bildirirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər.

Müəllimlərdən biri Baku TV-yə bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan "AzParking" zonası elan edilib: "Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir".

Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib:

"Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. "AzParking" əməkdaşlarına şikayət etdikdə "ictimai nəqliyyatdan istifadə edin" cavabını alırıq".

Milli.Az