Prezidentin Sərəncamı ilə Xankəndi Şəhər Məhkəməsinə yeni hakim təyin olunub.
Milli.Az-ın məlumatına görə gənc hüquqşünas Səkinə Niyazova hakimlik fəaliyyətinə Xankəndi şəhərində başlayacaq.
Bu təyinatla birlikdə, işğaldan azad edildikdən sonra fəaliyyətini bərpa edən Xankəndi Şəhər Məhkəməsində hakimlərin sayı üçə çatıb.
Qeyd olunur ki, S.Niyazova məhkəmənin yeganə qadın hakimi olacaq.
Milli.Az