Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:06

Hamiləlik zamanı kalsium çatışmazlığı səbəbindən qadınlarda diş problemləri, xüsusilə karies daha tez yaranır.

Milli.Az xəbər verir ki, bu, həm kalsiumun qida ilə kifayət qədər qəbul edilməməsi, həm də ağız suyunun tərkibinin dəyişməsi ilə əlaqəlidir.

Mütəxəssislərin fikrincə, hamiləlik dövründə diş müalicəsi zərərli deyil. Əksinə, müalicə olunmayan karies və damaq iltihabı infeksiya mənbəyi ola bilər və bu vəziyyət həm ananın, həm də dölün sağlamlığına mənfi təsir göstərə bilər.

Diş müalicəsi əsasən hamiləliyin 2-ci və 3-cü üçaylıqlarında tövsiyə olunur. 1-ci üçaylıqda isə yalnız güclü diş ağrısı və ya ciddi iltihab kimi zəruri hallarda aparılır.

Qadınlara hamiləlik zamanı dişlərinə daha diqqətlə qulluq etmək, müntəzəm stomatoloji müayinədən keçmək və profilaktik tədbirləri vaxtında görmək tövsiyə olunur.

Fidan
Milli.Az