Müğənni Şəbnəm Tovuzlunun doğum gününü yarımçıq tərk etməsi ilə gündəmə gələn aparıcı Zaur Nəbioğlu məsələ ilə bağlı canlı yayımda açıqlama verib.
Milli.Az xəbər verir ki, onun tədbiri vaxtından əvvəl tərk etməsi izləyicilər arasında suallar doğurmuşdu.
Aparıcı bildirib ki, məclisə gec çatdığı üçün özünə ayrılan yerdə artıq başqa bir şəxsin əyləşdiyini görüb. Zaur Nəbioğlunun sözlərinə görə, həmin şəxsi narahat etməmək üçün tədbirdə uzun müddət qalmağı uyğun hesab etməyib.
O qeyd edib ki, məclisi tərk etməsi hörmətsizlik kimi anlaşılmamalıdır və bu addım sırf yaranmış vəziyyətlə bağlı olub.
Zaur Nəbioğlu məsələ ilə bağlı daha ətraflı fikirlərini videomaterialda bölüşüb.
Hüseyn
Milli.Az