"Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi - FOTO

25 Dekabr 2025 16:15

"Moskva göz yaşlarına inanmır" filminin ulduzu aktrisa Vera Alentova vəfat edib.

Milli.Az rus mediasına istinadla xəbər verir ki, Rusiyanın xalq artisti Vera Alentova bu gün vəfat edib.

Bu barədə Puşkin Teatrı məlumat yayıb. Xalq artisti 83 yaşında dünyasını dəyişib.

"Böyük bir faciə baş verdi... Vera Valentinovna Alentova vəfat etdi. O, 60 il Puşkin Teatrında çalışıb. Kədərimiz sonsuzdur", - deyə teatrın rəsmi saytında dərc olunmuş açıqlamada bildirilir.

Alentova son bir neçə ay hipertonik ürək xəstəliyinin kəskinləşməsindən əziyyət çəkib.

Qeyd edək ki, aktrisa "Moskva göz yaşlarına inanmır", "Sabah müharibə idi" və "Şirli-Mirli" filmlərindəki rolları ilə tanınır.

Fidan
Milli.Az