Azərbaycanlı məşhurların arxiv görüntüləri gündəm oldu - tanınmaz haldadırlar - FOTOlar

25 Dekabr 2025 19:50

Azərbaycan şou-biznesi və sənət aləminin tanınmış simalarının illər öncə çəkilmiş arxiv fotoları sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, sözügedən görüntülər qısa müddətdə geniş marağa səbəb olub və istifadəçilər arasında aktiv müzakirələrə yol açıb.

Paylaşılan fotolarda məşhurların gənclik illərinə aid görüntüləri, səhnəyə ilk addımlarını atdıqları dövr və fərqli üslubda olduqları anlar əks olunub. Sosial şəbəkə istifadəçiləri bu kadrları nostalji ilə qarşılayaraq müxtəlif şərhlər yazıblar.

Bəzi izləyicilər məşhurların zamanla keçdiyi dəyişimi diqqətə çatdırıb və onlardan bəzilərinin tanınmaz dərəcədə dəyişdiyini vurğulayıblar. 

Milli.Az