Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan sakinlər illərdir yol infrastrukturunun bərbad vəziyyətdə olmasından narazıdırlar.
Milli.Az xəbər verir ki, onların sözlərinə görə, məsələ ilə bağlı müxtəlif vaxtlarda aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək ciddi nəticə əldə olunmayıb.
Sakinlər qeyd edirlər ki, yolların keçilməz olması gündəlik həyatı çətinləşdirir. Belə ki, təcili tibbi yardım avtomobilləri ünvanlara gec çatır, məktəblilər isə palçıq içində dərsə gedib-qayıtmağa məcbur qalırlar.
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Maştağa qəsəbəsində daxili yolların asfaltlanması işləri mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində icra olunur.
Həmçinin vurğulanıb ki, Osman Sarıvəlli küçəsində yolun təmirinin aparılması məqsədilə həmin ərazinin Dövlət İnvestisiya Proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara rəsmi müraciət göndərilib.
Asya
Milli.Az