Bu ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.
Milli.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin noyabrın 1-i ilə müqayisədə 0,07 bənd və ya 2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,19 bənd və ya 5,3% azalıb.
Belə ki, bu ilin noyabrın 1-nə manatın dövretmə sürəti 3,45 bənd, ötən ilin dekabrın 1-nə isə 3,57 bənd təşkil etmişdi.
Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Milli.Az