Şərqi Afrika ölkəsi olan Tanzaniyada Kilimanjaro dağında vertolyot qəzaya uğrayıb, beş nəfər ölüb.
Milli.Az xəbər verir ki, xilasetmə missiyasında olan Airbus H125 vertolyotu naməlum səbəbdən qəzaya uğrayıb və göyərtədəki beş nəfərin hamısı həlak olub.
Vertolyot KiliMedAir şirkətinə məxsus olub və qəza ilə bağlı araşdırma başlanıb.
Qeyd edək ki, helikopter yardıma ehtiyacı olan turistləri təxliyə etmək üçün zirvəyə qalxıbmış.
Milli.Az