Özcan Dənizin küsdüyü anası xərçəng oldu - FOTO

25 Dekabr 2025 14:54

Məşhur müğənni Özcan Dənizin anası Kadriye Denizin səhhəti ilə bağlı narahatlıq doğuran bir hadisə baş verib. 

Milli.Az xəbər verir ki, sentyabr ayından bəri xərçəng müalicəsi alan Kadriye Denizin hələ də kimyaterapiyasını davam etdirdiyi öyrənilib. 

Xəstəxanadan çəkdirdiyi fotonu paylaşan Gürler "Ən xoş arzularını göndərən hər kəsə çox təşəkkür edirəm. Təəssüf ki, anam daha bir müddət kimyaterapiya almalı olacaq. Ümidimizi itirmədən yolumuza davam edəcəyik" deyib.

"Sessiyamız yenicə başa çatdı. Hələ də dualarınızı gözləyirəm. Bu mübarizədə olan və sağalmasını gözləyən hər kəs üçün Allahdan şəfa diləyirəm. Sağlamlıq ən vacib şeydir, sağlam qalın", - deyə o bildirib.

Xatırladaq ki,son dövrlərdə Özcan Dəniz sənət fəaliyyətindən çox şəxsi həyatı ilə gündəmdədir. Onun hazırda qardaşı Ercan Dənizlə ailəvi problemlər yaşadığı bildirilir.

Milli.Az