Bakıda yataqxana binası YANIR

25 Dekabr 2025 13:19

Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Milli.Az