Azərbaycanlı müğənnilərin dekoletli geyimləri tənqid edildi - VİDEO

25 Dekabr 2025 22:08

Müğənni Şəbnəm Tovuzlunun doğum günü tədbirindən yeni video sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, kadrlarda yerli şou-biznesin bir çox tanınmış simasının mərasimdə iştirak etdiyi görünür.

Paylaşılan görüntülərdə xüsusilə müğənnilər Günel Ələkbərova və Nüşabə Musayevanın iştirakı diqqət çəkib. Onların dekolteli libasları və tədbir zamanı etdikləri rəqslər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Qısa müddətdə yayılan videolar müxtəlif platformalarda çoxsaylı baxış toplayıb. İstifadəçilərin bir qismi sənətçilərin geyim və rəqs üslubunu müzakirə edərkən, digərləri tədbirin ab-havasını və məşhurların bir araya gəlməsini ön plana çəkib.

Musa
Milli.Az