Siyəzəndə avtomobildə yanğın - 2 yaşlı uşaq öldü

25 Dekabr 2025 11:13

Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

Milli.Az xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı avtomobildə yanğın baş verib.

Avtomobilin konstruksiyaları yanıb, içəridə olan H.Bağırovun 2023-cü il təvəlllüdlü oğlu ölüb.

Araşdırma aparılır.

Milli.Az