Türkiyəli müğənni Hadisənin futbol şərhçisi Ahmet Çakara qarşı açdığı böhtan və təhqir iddiası üzrə məhkəmə qərarını açıqlayıb.
Milli.Az xəbər verir ki, məhkəmə Ahmet Çakarın Hadisəyə 50 min TL (təxminən 12 000 AZN) mənəvi təzminat, həmçinin faiz ödəməsinə qərar verib.
İddiaya görə, Hadisə 15 dekabr 2024-cü ildə qatıldığı televiziya proqramında şəxsi münasibətləri və ayrılıqları ilə bağlı açıqlamalar verib. Bundan sonra Ahmet Çakar öz "YouTube" kanalında müğənni haqqında təhqiramiz və nüfuzuna xələl gətirən ifadələr səsləndirib.
Hadisənin vəkili Orhan Erol məhkəməyə təqdim etdiyi ərizədə bildirib ki, Çakarın açıqlamaları böhtan xarakteri daşıyır və müğənninin şəxsi hüquqlarını pozur:
"Müvəkkilimin nüfuzuna, şərəfinə və ləyaqətinə xələl gətirilib. Buna görə cavabdehdən faizlə birlikdə 50 min türk lirəsi məbləğində mənəvi təzminat tələb edirik".
Fidan
Milli.Az