Ermənistan “Tramp marşrutu”nun tikintisinə başlanma tarixini açıqladı

25 Dekabr 2025 11:01

Ermənistan Xarici İşlər Nazirliyi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsinin (TRIPP) praktiki mərhələsinin 2026-cı ildə başlayacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə nazirlik "Sputnik Ermənistanın" sorğusuna cavabında məlumat verib.

XİN bildirib ki, layihənin icrası üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə ABŞ-dan olan tərəfdaşlarla intensiv danışıqlar aparılır. 

Ermənistan tərəfi "Tramp marşrutu"nu hökumətin "Dünyanın Kəsişmə Yolları" təşəbbüsünün tərkib hissəsi kimi qiymətləndirir. 

Xatırladaq ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan layihəni həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan "TRIPP Company"nin qeydiyyatdan keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq. 

Fidan
Milli.Az