Qaz pulunu yarıbayarı azaldacaq: Yeni texnologiya - FOTO

26 Dekabr 2025 22:57

Elm dünyası isidilmə xərclərini minimuma endirəcək böyük bir kəşfə imza atıb. Kolorado Boulder Universitetində hazırlanan yeni ixtira pəncərələrdəki istilik izolyasiyası standartlarını tamamilə dəyişir. Bu yenilik sayəsində təbii qaz istehlakı ciddi şəkildə azalacaq.

Milli.Az xəbər verir ki, "MOUCHI" adı verilən bu yeni material ənənəvi şüşələrlə müqayisədə həm daha şəffaf görüntü təqdim edir, həm də açıq alovun istisini belə keçirməyərək üstün qoruma təmin edir.

MOUCHI (Optik Şəffaf Mezoməsaməli İstilik İzolyasiyası) 90%-dən çoxu kiçik məsamələrə həbs edilmiş havadan ibarət xüsusi silikon-gel strukturuna malikdir. Tədqiqatçılar bu quruluşu "silikon qabarcıqlı qablaşdırma" kimi xarakterizə edirlər. İndiyə qədər izolyasiya məqsədilə istifadə edilən, lakin görüntünü bulandırdığı üçün pəncərələrdə üstünlük verilməyən aerojellərdən fərqli olaraq, bu material dumanlılıq problemini tamamilə aradan qaldırır.

Demək olar ki, Tamamilə Görünməz Struktur
Yeni material optik performansı ilə standart şüşələri geridə qoyur:

Adi şüşə: İşığın orta hesabla 92%-ni keçirir.

MOUCHI görünən işığın 99%-dən çoxunu keçirərək demək olar ki, tamamilə görünməz və şəffaf bir struktur təqdim edir.

Fizika professoru İvan Smalyuk izolyasiya gücünün mikroskopik quruluşdan gəldiyini bildirir: "Həssas məsamə nəzarəti sayəsində hava molekulları bir-biri ilə toqquşub enerji (istilik) mübadiləsi edə bilmir. Bunun əvəzinə məsamə divarlarına çırpılırlar və istilik ötürülməsi dayanma nöqtəsinə çatır."

30%-dən Çox Enerji Qənaəti
Tədqiqatçılar bu texnologiyanın ən böyük üstünlüyünün tətbiqolunma asanlığı olduğunu vurğulayırlar:

Mövcud evlərdə istifadə: Material həm yeni binalarda, həm də köhnə evlərdə istifadə edilə bilər.

Müxtəlif formalar: Bir neçə santimetr qalınlığında lövhələrdən tutmuş nazik çevik filmlərə qədər müxtəlif formalarda istehsal olunur.

İnteqrasiya: Mövcud pəncərələrin üzərinə əlavə qat kimi yapışdırıla bilər və ya yeni nəsil ikiqat/üçqat şüşə paketlərinin içinə yerləşdirilə bilər.

Bu ixtiranın geniş yayılması ilə həm qışda isinmə, həm də yayda sərinləşdirmə xərclərində 30%-dən çox enerji qənaəti təmin edilməsi hədəflənir.

Lalə Qüdrətova
Milli.Az