Mir Şahin müəllim 5-ci mərtəbədə yaşayırdı, biz isə 3-cü mərtəbədə. Gedib qapısını döyürdüm ki, biskvit alın. Şirin şeylər yeməsə də, alırdı. Hamı mənə görə alırdı.
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan "Elgizlə İzlə" verilişində deyib.
"Özü də anam 4 manata verirdi, mən isə 5 manata satırdım. Bunu ilk dəfə anam biləcək. Amma qonşular da mənə o 1 manatı halal etsinlər. Çünki o manatları yığırdım, məktəbdə hamının yanında özümü göstərirdim ki, evdə mənə pul veriblər", - müğənni qeyd edib. (Kult.az)
Milli.Az