Emin Əmrullayev yeni prorektor təyin etdi - FOTO

24 Dekabr 2025 22:17

Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib.

42 yaşlı Elviz İsmayılov elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə universitetin elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

O, təhsilin bütün pillələrini ADNSU-da keçib.

Ailəlidir, 2 övladı var.

Milli.Az