"Napoli" "Qarabağ"la oyuna görə cərimələndi

24 Dekabr 2025 17:38

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" - "Qarabağ" oyununda yaşanan hadisələrə görə İtaliya təmsilçisi cərimələnib.

Milli.Az xəbər verir ki, "Napoli" klubunu sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 12 min, azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 5 250 avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Xatırladaq ki, İspaniyanın "Atletik Bilbao" klubu da UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Qarabağ"a (3:1) qarşı oyun zamanı baş verən qayda pozuntularına görə cəzalandırılıb.

Milli.Az