“Ən böyük arzumdur ki, oğlum olsun, adını Mənsum qoyum" - övladı olmayan xanəndə

24 Dekabr 2025 17:05

Tanınmış xanəndə Elgiz Əliyev səmimi açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi çıxışlarından birində ürəyində daşıdığı ən böyük arzusunu dilə gətirib. O, bildirib ki, övlad sahibi olmaq onun üçün xüsusi məna daşıyır.

Elgiz Əliyevin sözlərinə görə, onu tanıyan hər kəs bu arzusundan xəbərdardır.

"Ən böyük arzum övladımın olmasıdır. Allah mənə bir oğul nəsib etsə, adını Mənsum qoymaq istəyirəm. Bu, mənim illərdir qəlbimdə yaşatdığım ən böyük istəyimdir", - deyə xanəndə bildirib.

Müğənninin bu səmimi və duyğulu sözləri studiyada və ekran qarşısında olan izləyiciləri kövrəldib.

Musa
Milli.Az