"Secret Santa" üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:06

Yeni il bayramı yaxınlaşdıqca insanlar sevdiklərinə ideal hədiyyəni tapmaq üçün düşünməyə başlayır. Psixoloqlar və marketinq mütəxəssisləri bildirirlər ki, hədiyyə seçimində əsasən bir neçə vacib məqama diqqət etmək lazımdır.

Milli.Az xəbər verir ki, hədiyyə alacağınız şəxsin zövqünü və maraqlarını nəzərə alın. Fərdi maraqlar və hobbilər seçim zamanı istiqamətverici ola bilər. İkincisi, hədiyyənin praktiki və istifadəyə yararlı olmasına diqqət edin. Məqsəd həm də hədiyyənin qarşı tərəfdə uzun müddət xoş xatirə buraxmasıdır.

Büdcəni də nəzərə almaq vacibdir: bahalı və sadəcə prestij üçün alınan hədiyyələr həmişə gözlənilən təsiri yaratmaya bilər. Bunun əvəzinə, kiçik, lakin diqqətlə seçilmiş hədiyyələr də dərin təəssürat yarada bilər.

Mütəxəssislər həmçinin hədiyyəni təqdim edərkən düzgün təqdimatın və paketləmənin də əhəmiyyətini vurğulayır. Səmimi və diqqətli təqdimat qarşı tərəfdə xüsusi hiss yaratmağa kömək edir.

Qeyd edək ki, Yeni il hədiyyəsi seçərkən diqqətə alınmalı əsas amillər qarşı tərəfin maraqları, hədiyyənin faydalılığı, büdcəyə uyğunluğu və təqdimatın gözəl olmasıdır.

Aysel Əkbər
Milli.Az