Güclü külək, yağış, qar... - Sabahın HAVASI

24 Dekabr 2025 13:22

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcədən 6°-dək, gündüz 6 dərəcədən 9°- dək olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcədən 5°-dək, gündüz 7 dərəcədən 11- dək, dağlarda gecə 2 dərəcədən 7°- dək şaxta, gündüz 0 dərəcədən 5°- dək olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq, Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcədən 9°-dək şaxta, gündüz 5 dərəcədən 9°-dək olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə

Əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcədən 7°-dək şaxta, gündüz 3 dərəcədən 8°-dək olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcədən 7°-dək şaxta, gündüz 3 dərəcədən 8°-dək olacaq.

Milli.Az