Metro, avtobus, dəmir yolu – “Dərnəgül” Bakının yeni nəqliyyat ürəyi olur

24 Dekabr 2025 13:12

"Dərnəgül" metro stansiyasının yaxınlığında inşa edilən yeni dəmiryolu stansiyası ərazidə mühüm dəyişikliklərə səbəb olacaq.

Milli.Az xəbər verir ki, 7-ci mikrorayon ərazisi paytaxtda nadir nəqliyyat qovşaqlarından birinə çevriləcək.

Burada avtobus qovşağı, metro və dəmiryolu stansiyası bir məkanda fəaliyyət göstərəcək.

Hazırda Bakıda bu cür kompleks nəqliyyat infrastrukturu yalnız iki ərazidə, "28 May" və "Koroğlu" stansiyaları ətrafında mövcuddur.

Mina Mikayılova
Milli.Az